Xəbər lenti

“Abşeron” Gənclər Şəhərciyində yanğın - Sakinlər təxliyyə olundu
Ölkə20:30 24.11.2016

“Abşeron” Gənclər Şəhərciyində yanğın - Sakinlər təxliyyə olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib.

Qaynarinfo.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayon ərazisindəki "Abşeron" Gənclər Şəhərciyində baş verib.

Şəhərcikdəki 19-cu yaşayış blokunun 9-cu mərtəsində elektrik kabellərində qısaqapanma baş verib. Hadisə nəticəsində bina sakinləri təxliyyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası cəlb edilib və tüstülənmənin qarşısı alınıb.

Hazırda binanın elektrik naqilləri yoxlanılır.

Qaynarinfo.Az