Xəbər lenti

Abşeron rayonunda əmlak bazarında canlanma yarandı (VİDEO)
Video 23:53 27.03.2025

Abşeron rayonunda əmlak bazarında canlanma yarandı (VİDEO)

Paytaxtın mərkəzində mənzil qiymətlərinin yüksək olması Masazır və Xırdalana marağı artırıb.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, Masazır və Xırdalanda evlər çıxarışlı olduğundan ipotekaya yararlıdır.

Xüsusən də son illərdə Bakı ətrafında yerləşən bu ərazilər mənzil bazarında ən çox maraq göstərilən bölgələrdən birinə çevrilib.

Ekspert deyir ki, eyni zamanda, bu ərazilərdə infrastrukturun inkişaf etməsi, yeni məktəblərin, uşaq bağçalarının, ticarət mərkəzlərinin və digər sosial obyektlərin açılması da bölgənin cəlbediciliyini artırır. Ekspertin fikrincə, yaxın illərdə Xırdalan və Masazırda mənzil bazarının daha da aktivləşəcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

 

 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->