Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac” İdarəsinə məxsus "Digah” QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq. Bu səbəbdən 10.01.2025-ci il saat 10-00-dan işlər başa çatanadək Binəqədi rayonu, Binəqədi qəsəbəsinin Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsi və Abşeron rayonu, Fatmayı, Goradil, Digah, Məhəmmədi kəndlərinin və Novxanı kəndinin Kanal qırağı hissəsində yaşayan əhalinin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.
Həmçinin, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 10.01.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Bünyadzadə, Kazımzadə, N.Şahbazov, C.Hacıbəyli, Bakıxanov küçələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Şərhlər