Fotoqraflar artıq dünyanın ən çox diqqət görən peşə insanlarından birinə çevriliblər. Əlbəttə, bu populyarlıq peşəyə maraq göstərənlərin və bu işlə məşğul olanların sayını da artırır.
Bu çoxluq içində ancaq fərqli işlərlə yadda qalmaq, daha da irəli getmək mümkündür. Fotoqraf İsmayıl Nur da “quşbaxışı” çəkdiyi fotolarla fərqli və bizim üçün maraqlı işlərdən birini ərsəyə gətirib.
Sizinlə tez-tez dünyanın fərqli yerlərindən quşbaxışı fotolar paylaşaraq, dünyanı fərqli rakursdan göstərmişik. Bu dəfə çoxumuzun yaşadığı, Abşeron yarımadasının quş-baxışı fotolarını təqdim edirik. İsmayıl Nur Abşeron yarımadasının yüksəklikdən fotolarını çəkərək ortaya mükəmməl mənzərələr çıxarıb.
Qaynar.info Pahoo.az-a istinadən həmin fotoları sizə təqdim edir: