Xəbər lenti

Abşeronda 170 min manatlıq dələduzluq
Ölkə17:01 09.12.2016

Abşeronda 170 min manatlıq dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Abşeron rayon sakininə qarşı 170 000 manatlıq dələduzluq edilib.

Rayon sakini 1975-ci il təvəllüdlü Sadıq Xəlilov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) ərizə yazaraq bildirib ki, 2014-cü ilin noyabr ayından 2016-cı ilin avqust ayınadək Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Mikayıl Vəliyev onu aldadaraq 170 000 manat dəyərində tikinti materiallarını alıb, lakin pulunu ödəməyib.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.(Report)

Qaynarinfo.Az