Xəbər lenti

Abşeronda 6 il əvvəl törədilən cinayətin üstü açıldı
Ölkə08:01 17.12.2022

Abşeronda 6 il əvvəl törədilən cinayətin üstü açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 6 il əvvəl törədilən cinayətin üstü açılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 2016-cı ilin mart ayında Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini F.Nağıyevə məxsus "Toyota” markalı avtomobilin qəsdən yandırılması ilə bağlı polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Sumqayıt şəhər sakinləri Rəvan Süleymanov, əvvəllər məhkum olunmuşlar Orxan Novruzov və Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.