Xəbər lenti

Abşeronda bu çimərliklər yasaqlandı - SİYAHI + VİDEO
Ölkə17:39 31.05.2016

Abşeronda bu çimərliklər yasaqlandı - SİYAHI + VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Gigiyena və Epidemologiya Mərkəzinin çimərliklərdə birgə  keçirdikləri monitorinqin nəticələri açıqlandı.

Gigiyena və Epidemologiya Mərkəzinin  şöbə müdiri  Ziyəddin Kazımovun  sözlərinə görə, qadağan edilən yerdə çimənlərin  mədə-bağırsaq xəstəliklərinə yoluxma riski daha yüksəkdir.

Qaynarinfo.az xezerxeber.com-a istinadən bildirir ki, qadağan edilən ərazilərə 'Çimmək qadağandır' lövhələrinin vurulması ilə bağlı  Mərkəz aidiyyatı qurumlara məktub da ünvanlayıb.

Məlumat üçün bildirək ki, çimərlik kimi istifadəsi qadağan edilən ərazilərdə Fövqəladə Hallar Nazirliyinin Dalğıc-Xilasediciləri də xidmət aparmır. Ona görə də, həmin ərazilərə çimmək üçün gedən şəxslərin batma risqi daha da yüksəkdir. Buna görə də vətəndaşlara diqqətli olmaq tövsiyyə edilir.

Bilgəh, Buzovna, Mərdəkan,Pirşağı qəsəbələrinin, eləcədə Novxanı və Corat bağlarının sahil zolağındakı çimərliklər isə  istifadəyə yararlıdır.

Qaynarinfo.az