
Abşeron rayonunda ev yanıb.
“Qafqazinfo” xəbər verir ki, yanğın ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evdə qeydə alınıb. Evdə mətbəxinin dam örtüyü və mətbəx əşyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.
Yanğın saat 03:08-də söndürülüb.