Xəbər lenti

Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı iddiası (VİDEO)
Video 10:37 09.09.2025

Abşeronda iynə vurulan şəxs öldü: Həkim səhlənkarlığı iddiası (VİDEO)

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yoxlamaq üçün antibiotik vurulan şəxs şoka düşərək ölüb.

ğGöyçay rayon sakini, 51 yaşlı Eldəniz Rəhimov səhhətində yaranan problemlə bağlı həyat yoldaşı ilə birlikdə Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Bəzi müayinələrdən keçdikdən sonra ona antibiotik təyin edilib. İddialara görə, test üçün vurulan dərman xəstəni şoka salıb.

Eldəniz Rəhimovun həyat yoldaşı Nurlana Rəhimova iddia edir ki, həkim Əminə İsmixanovaya xəstənin antibiotikə qarşı allergiyası olduğunu bildirib.

Məsələyə Abşeron Rayon Mərkəzi Xəstəxanasından münasibət öyrənmək istəsək də, cəhdlərimiz nəticəsiz qaldı.

İddialarla bağlı TƏBİB-ə ünvanlanan sorğuya isə cavab olaraq bildirilib ki, məsələ araşdırılacaq. //Xəzər TV


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->