Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.
Hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.
Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilir.
Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.(APA)
Qaynarinfo.Az