Xəbər lenti

Abşeronda YPX avtomobilinin iştiraki ilə 3 maşın toqquşdu, polis əməkdaşı xəsarət aldı
Ölkə15:52 27.04.2021

Abşeronda YPX avtomobilinin iştiraki ilə 3 maşın toqquşdu, polis əməkdaşı xəsarət aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Novxanı qəsəbəsində üç avtomobil qəzaya uğrayıb.
Qaynarinfo xəbər verir ki, hadisə Masazır qəsəbəsindən Novxanı qəsəbəsinə gedən yolda baş verib.
Belə ki, YPX-nə məxsus 99-YP-051 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən əvvəlcə "Toyoto" və "Opel" markalı nəqliyyat vasitələrinə çırpılıb. İdarəetmədən çıxan "Mercedes" daha sonra qaz borusuna çırpılaraq dayanıb. Qəza nəticəsində YPX-nin əməkdaşı xəsarət alıb.(apa.az)