Xəbər lenti

Abşeronda yüksək rütbəli məmurun bağ evi soyuldu
Ölkə05:19 30.08.2023

Abşeronda yüksək rütbəli məmurun bağ evi soyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 29-da axşam saatlarında Abşeron rayonu ərazisində oğurluq hadisəsi baş verib. 
Globalinfo.az-a daxil olan məlumata görə, Görədil qəsəbəsindəki bağ evlərindən birində oğurluq hadisəsi olub.
Məlumatlı mənbənin verdiyi xəbərə görə, ev sahibi yüksək vəzifəli məmurdur. Evdən konkret nəyin aparıldığı haqda dəqiq məlumat olmasa da, oğruların əliboş getmədikləri deyilir.
Hazırda əməliyyat axtarış tədbirlərinin həyata keçirildiyi bildirilir.