Xəbər lenti

ABU-da təhsil alan 5 min tələbənin attestatı qaytarılacaq
Ölkə09:04 30.04.2015

ABU-da təhsil alan 5 min tələbənin attestatı qaytarılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Gələn həftədən Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində təhsili yarımçıq qalan şəxslərə attestatların qaytarılmasına başlanacaq. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov deyib.
O bildirib ki, ilkin mərhələdə 5 min nəfərin attestatı qaytarılacaq: "Bu prosesi həyata keçirmək üçün Təhsil Nazirliyində 146-1 qaynar xətt xidməti fəaliyyətə başlayıb. Təhsili yarımçıq qalan şəxslər xidmətə müraciət edib qeydiyyatdan keçməlidir. Gələn həftənin ikinci və üçüncü günündən başlayaraq həmin şəxslər şəxsiyyətini təsdiq edən sənədi vətəndaşların qəbul şöbəsinə təqdim edib attestatlarını götürə bilərlər”.  
Qaynar.info