Xəbər lenti

Abutalıbov oliqarxların villalarını musiqi ilə sökdürür - VİDEO
Ölkə14:42 08.06.2015

Abutalıbov oliqarxların villalarını musiqi ilə sökdürür - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının “Dostluq” parkı ərazisində qanunsuz tikilmiş villalar musiqi sədaları altında sökülür.
Qaynar.info "SpaceTV"yə istinadən xəbər verir ki, bunun üçün söküntü işləri aparılan əraziyə xüsusi ansambl gətirilib. Onun ifa etdiyi musiqi nömrələri baş verənlərə təntənə fonu qatır.
O da maraqlıdır ki, söküntü işlərinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov şəxsın nəzarət edir.
Bakı merinin bildirdiyinə görə, sökülən villaların yerində 10 min ədəddən çox ağac əkiləcək.
Qaynar.info