Xəbər lenti

Abuturiyentləri aldadan dələduzlar peyda olub - Diqqətli olun!
Ölkə10:28 15.06.2022

Abuturiyentləri aldadan dələduzlar peyda olub - Diqqətli olun!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sosial-həssas əhali qrupuna aid olan abuturiyentləri aldadan dələduzlar peyda olub.
Bu barədə Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi məlumat verib. Onun sözlərinə görə, Bakıda sosial-həssas əhali qrupuna aid olan abituriyentdən ilk imtahan üçün 40 manat ödəniş alınıb.
"Hər cür əclaflıq görmüşdüm, daha beləsini görməmişdim. Valideyn gəlib ki, övladımın ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı bizə kömək edin. Problem yoxdur, deyib, abituriyenti qeydiyyatdan keçirdim. Valideyn 40 AZN ödəniş vermək istəyir. İzah etdim ki, sizə ödənişsizdir. Deyir axı ilk imtahan üçün bizdən 40 AZN ödəniş almışdılar. İzah etdim ki, siz sosial-həssas əhali qrupuna aid olduğunuz üçün Dövlət İmtahan Mərkəzi ödəniş tələb etmir. Çünki sizin ödənişi dövlət ödəyir. O pulu hər kim alıbsa, çox alçaq adam imiş”.
Elçin Əfəndi deyir ki, dələduzlar vətəndaşın məlumatsızlığından istifadə edir.
O, eyni zamanda vətəndaşların məlumatlı olmaları ilə bağlı "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı barədə məlumat verib. 
1. Orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan Respublikası vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin: 
1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər; 
1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
1.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
1.4. şəhid ailəsinin üzvləri; 
1.5. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; 
1.6. məcburi köçkün statusu olan şəxslər; 
1.7. I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Bahar Rüstəmli