
Ağcabədidə partlayış baş verib. Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndində qeydə alınıb.
Ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib. Nəticədə otağın divarlarında çatlar əmələ gəlib və pəncərə şüşələri sınıb. Partlayış zamanı 3 nəfər xəsarət alıb və təcili tibbi yardım xidməti tərəfindən Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılıb. Yanğın hadisəsi baş verməyib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info