
Ağcabədi rayonunda baş verən silahlı insidentin təfərrüatları açıqlanıb. Ağcabədi Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisəni törədən T. Allahverdiyev aralarında yaranan ailə məişət-problemləri ilə əlaqədar həyat yoldaşı Şəfayət Hüseynovanı atasının evinə göndərib. Daha sonra T. Allahverdiyevin atası gəlinini evə qaytarmaq üçün qudasının evinə gedib, lakin qudası Cəbrayıl Hüseynov qızının evinə qayıtmasına icazə verməyib.
Bundan sonra T. Allahverdiyev ov tüfəngi ilə qayınatasının evinə gələrək Cəbrayıl Hüseynova, qayınanası Güldəstə Hüseynovaya və qaynı Valeh Hüseynova xəsarət yetirib. Hər üç şəxs xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən T. Allahverdiyev tutulub. // APA