Xəbər lenti

AccessBank ilin ən yaxşı bankı elan edilib
Ölkə12:29 08.12.2016

AccessBank ilin ən yaxşı bankı elan edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AccessBank The Banker (FT qrupu) tərəfindən İlin ən Yaxşı Bankı elan edilib.

The Banker dördüncü dəfə AccessBank-ı Azərbaycanda İlin Ən yaxşı Bankı adına layiq görüb.

Bakı, 08 dekabr 2016-cı il. Financial Times Ltd. qrupuna aid və ən nüfüzlü beynəlxalq maliyyə nəşrlərdən biri olan The Banker 07 dekabrda Londonda keçirilən təltifat mərasimində AccessBank-ı «Azərbaycanda İlin ən yaxşı Bankı» nominasiyasında mükafatlandırıb. Son altı il ərzində artıq dördüncü dəfədir ki, Bank bu ali mükafata layiq görülür.  

"The Banker kimi nüfuzlu və mötəbər təşkilatdan yüksək mükafata layiq görülməyimiz bizi çox sevindirir. Bu təltifat, hazırki dəyişkən iqtisadi şəraitə rəğmən daim müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim etməyə çalışan bütün AccessBank komandasının öz işinə olan sadiqliyin və gərgin əməyinin  göstəricisidir", - AccessBank-ın İdarə Heyətinin Sədri Michael Hoffmann qeyd edib. 

Qaynarinfo.Az