Xəbər lenti

AccessBank uşaqları virtual asılılıqdan qorunmaq mövzusunda seminara dəvət edir (R)
Ölkə10:15 01.10.2016

AccessBank uşaqları virtual asılılıqdan qorunmaq mövzusunda seminara dəvət edir (R)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seminarı Almaniyadan dəvət olunan ekspert keçirəcək
Bakı, 30 sentyabr 2016. Övladınız boş vaxtının bir çox hissəsini kompüterlə keçirir? Saatlarla smartfonda oyun oynayır və ya sosial şəbəkələrdə olur? Uşaqlarınızı virtual asılılıqdan qorumaq istəyirsinizsə, sizi AccessBank-ın dəstəklədiyi seminarda iştirak etməyə dəvət edirik. 
AccessBank-ın Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində sponsorluq etdiyi bu tədbir Community.az “məktəb icmaları” layihəsinə dəstək məqsədilə AR Təhsil Nazirliyinin təşəbbüsü ilə  təşkil edilir. Seminar 03 oktyabr 2016-cı il tarixində 15:00-17:00 saatlarında Ramada Hotel and Suites (ünvan,T.Əliyev küç.)  otelində baş tutacaq və Almaniyanın Psixoloqlar Asossiyasiyasının üzvü - ekspert Qalina Hayzelmann tərəfindən keçiriləcək. Yerlərin sayı məhdud olduğu üçün iştirak etmək istəyənlərdən xahiş olunur, [email protected] elektron ünvanı və ya +99412 3100322/ +99451 6993996  telefon nömrələri ilə əlaqə saxlayıb əvvəlcədən qeydiyyatdan keçsinlər. 
KSM proqramı AccesssBank-ın missiyasının ayrılmaz hissədidir. 2008-ci ildən etibarən Bank təhsil, idman, mədəniyyət və incəsənət sahəsində 100-dən artıq layihə həyata keçirib.