Xəbər lenti

AccessBankdan manatla kredit almaq mümkündür
Ölkə07:52 02.06.2016

AccessBankdan manatla kredit almaq mümkündür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda ən böyük kredit portfelinə malik olan banklardan biri AccessBank müştərilərə milli valyutada kredit verməyə davam edir. 

Qaynarinfo.az-a bankdan daxil olan məlumata görə, müştərilər genis filial şəbəkəsi olan AccessBankın filiallarına müraciət edərək manatla həm istehlak, həm də biznes kreditlərini rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, AccessBank Sahibkarlara Kömək Milli Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsi məqsədilə sahibkarlara milli valyutada güzəştli kreditlər təklif etməyə davam edir.

AccessBank-ın kreditlərini bankın köhnə müştəriləri ilə yanaşı, yeni müştərilər, yəni bankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər də şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd əsasında ala bilərlər.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı, ya da elektron arayış ola bilər. Ətraflı məlumatı (012) 151 nömrəli telefondan, bankın internet saytından (accessbank.az), rəsmi facebook (facebook.com/AccessBankAz)və twitter (twitter.com/AccessBankAz) səhifələrindən əldə etmək olar.

Qaynarinfo.az