Foto 18:02 27.02.2023

“Açıq mikrofon”da bu dəfə Birliyin həllinə nail olduğu müraciətlərdən danışıldı (FOTOLAR)

SOCAR "Azəriqaz” İB-nin bölgələrdə keçirdiyi "Açıq mikrofon” aksiyası Göygöl rayonunda baş tutub. 

Qaynarinfo xəbər verir ki, "Səyyar qəbul otağı”nda ümumilikdə 6 abonent iştirak edib. Hacıməlik kənd sakini Ruhanə Piriyeva küçə qaz xəttinin yenisi ilə əvəzlənməsini istəyib. 

Qalan 5 nəfər Birliyin operativ fəaliyyəti sayəsində problemlərinin keçmişdə qaldığını bildirərək ölkə başçısı və SOCAR "Azəriqaz” İB-nin rəhbərliyinə təşəkkürlərini ünvanlayıblar. 

Hacıməlik kənd sakinin müraciəti isə qeydə alınaraq aidiyyəti üzrə yönləndirilib.