Xəbər lenti

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb
Ölkə16:15 02.05.2020

Ağciyər Xəstəlikləri İnstitutunda daha bir ölüm faktı qeydə alınıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ETACXİ) daha bir xəstə ölüb.
Qaynarinfo Oxu.Azp-a istinadən xəbər verir ki, Quba rayon sakini 1964-cü il təvəllüdlü xəstə aprelin 29-u günorta saatlarında ağır vəziyyətdə ETACXİ-yə daxil olub. Həkimlər tərəfindən zəruri müalicə tədbirləri görülməsinə baxmayaraq, aprelin 30-da kəskin ağciyər-ürək çatışmazlığı, kəskin tənıffüs çatışmazlığı, ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi, sağ tərəfli ekssudativ plevritlə fəsadlaşma.VMB(+), kaxeksiya 3” diaqnozu ilə xəstənin bioloji ölümü qeydə alınıb.
Xəstədən COVID-19-a qarşı götürülən test nümunələrinin nəticələri neqativ (mənfi) olub.
TƏBİB ölüm faktını Oxu.Az-a təsdiq edib.