Xəbər lenti

Aclıq aksiyası keçirən əməkdar artistin səhhəti pisləşib
Ölkə14:14 08.01.2014

Aclıq aksiyası keçirən əməkdar artistin səhhəti pisləşib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hətta atdığım dərmanlardan belə imtina etdim ki, qoy ölüm, heç nə bilməyim"


Əməkdar artist Firuzə İbadovanın aclıq aksiyası keçirməsi hamımıza məlumdur. Satdığı torpaq sahəsi hansısa deputat tərəfindən mənimsənilən tanınmış sənətkar buna dözməyib və ölmək istəyib.

3 gün ac qaldığöını deyən müğənni, dərman həblərindən belə imtina etdiyini deyir: " Aclıq aksiyası keçirtdim. Düz 3 gün ac qaldım. Hətta atdığım dərmanlardan belə imtina etdim ki, qoy ölüm, heç nə bilməyim. Məndən sonra nə olar, olar. Bu il 60 yaşım olacaq. Mən yaşlı-başlı insanam. Yalan demərəm. Heç insan belə ləyaqətsizlik, şərəfsizlik edərmi? Mən o cür insanlarla necə eyni yerdə qalıb, eyni havanı uda bilirəm? Mən onlar kimi torpaq alverçisi, fırıldaqçı deyiləm. Mala, pula görə insan özünü belə satarmı?

Sağ tərəfimdə insult dərəcəsində çox böyük problemlər var idi. İşləmirdi sağ tərəfim... Danışa bilmirdim. Hətta bəzən fonaqramaları ifa edəndə belə çətinlik çəkirdim. Güclə sağalmışdım ki, yenə aclıq aksiyasından sonra elə oldum. Təngənəfəslik öldürüb məni... Səhhətimdə yenə ciddi problemlər yaranıb. Amma ümidimi kəsmirəm. Prezidentimiz, dövlətimiz sağ olsun. Mən Azərbaycan qızıyam. İnanıram ki, kömək olunacaq".


Qaynar.info