Xəbər lenti

Acunun həyatı təhlükədədir
Ölkə09:22 19.10.2013

Acunun həyatı təhlükədədir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aparıcıya mühafizəçilərin 24 saat onu müşayiət etməsi təklif edilib


Aprel ayında Əl-Qaidə terror təşkilatının Türkiyənin məşhur aparıcısı Acun İlıcalıya sui-qəsd hazırladığı haqqında xəbərlər yayılmışdı.

Ans press-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təşkilata aid olan obyektlərdə İlıcalının evinin və iş yerinin fotoları tapılıb.

Bu hadisəyə görə, İstanbul polisini hərəkətə keçib. Asayiş keşikçiləri İlıcalının həyatının təhlükədə olduğunu bildirib. Aparıcıya mühafizəçilərin 24 saat onu müşayiət etməsi təklif edilib. Lakin Acun bu təklifi rədd edib. Aparıcı əvvəllər olduğu kimi, indi də normal həyat tərzinə davam etmək istədiyini bildirib.


Qaynar.info