Xəbər lenti

Ölkə 14:53 04.03.2024

“Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi” (VİDEO)

Xəbər verdiyimiz kimi, ötən gün Qaradağda 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb.

Qaynarinfo xəbər verir ki, sahibsiz itlərin hücum etdiyi azyaşlının babası Baku TV-yə danışıb.

Onun sözlərinə görə, bu, ərazidə yaşanan ilk hal deyil:

"Başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb. Hadisə vaxtı üç dənə it uşağa hücum edib dişləyirmiş. Kənardan cavan bir oğlan görüb çətinliklə xilas edib. Uşağın nə qolu var, nə ayağı, əməliyyat olunub. Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi”.

Ətraflı videomaterialda:

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->