
“Araz Abdullayevin başına gələnləri heç kimə arzulamıram. Belə hadisənin baş verməsini heç kim istəməz”.
Bu açıqlamanı APA-ya “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov verib.
Qeyd edək ki, “Neftçi” klubunun şərəfini qoruyan Araz Abdullayev dünən komandanın bazasına məşqə gələrkən idarə etdiyi maşınla Nobel prospektində Xətai rayon MKİS-in 2 işçisini vurub. Qadın süpürgəçilərdən biri hadisə yerində dünyasını dəyişib, digəri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sadıq Sadıqovun sözlərinə görə, hazırda Araz Abdullayev sərbəst buraxılıb: “Araz polis bölməsində dindirildikdən sonra sərbəst buraxılıb. Heç yerə qaçası deyil. Mənim zaminliyimlə sərbəst buraxılıb. Hazırda istintaq gedir. İstintaqın gedişi sirr saxlanılır. Bu üzdən prosesin necə getdiyindən xəbərsizəm”.
Qaynar.info