
Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova bir məktəb binasında bir neçə məktəb yerləşdirib.
Bu barədə şikayət məktubunu Qaynar.info-ya Ağdamda yaşayan vətəndaşlardan biri yazıb.
Vətəndaşın sözlərinə görə, Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova anoloqu olmayan qanunsuzluqlara yol verir. Belə ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova Bərdədə yeni salışmış qaçqın qəsəbəsində tikilmiş bir məktəb binasında 3 məktəb yerləşdirib. 1, 8, 11 saylı məktəblərin yerləşdilirildiyi həmin məktəb binasında həmçinin daha bir Kəlbəcər məktəbi fəaliyyət göstərir.
Eyni zamanda, Ağdam rayonu İmamqulubəyli kəndində yeni tikilmiş 135 sayli məktəbin binasında daha iki məktəb (87 və 92 sayli) yerləşdirilib. Bütün məktəblərin rəhbərliyi və texniki ştatı saxlanılıb.
Qeyd edək ki, eyni binada iki məktəbin fəaliyyət göstərməsi qanunla qadağandır. Qanına əsasən əhalinin sıx olduğu yerlərdə məktəblər arasındakı məsafə ən azı 500 metr olmalıdır. Qanuna əsasən bir eyni ərazidə fəaliyyət göstərən məktəblər ləğv olunmalı və onların bazasında bir məktəb yaradılmalıdır.
Göründüyü kimi Elmira Şükürova qanundan irəli gələn tələbləri pozaraq onlarla əlavə ştatları qoruyub saxlayır və bu yolla dövlət büdcəsindən hər ay külli miqdarda vəsait mənimsəyir. Elmira Şükürova qanunu pozaraq 2 direktor, onların müavinləri, 6 gözətçi, onlarla müəllim və xadimə htatlarını artıq saxlayır və gözətçi və xadiimələrin maaşlarını isə hər ay özü alır.
Daxil olan məlumatda göstərilir ki, eyni vəziyyət Mingəçevir qaçqın qəsəbəsində də mövcuddur. Belə ki, Elmia Şükürova burda da 47, 51, 52 saylı orta məktəbləri bir binada yerləşdirib və bu yolla yenə də dövvlətin külli miqdarda vəsitini mənimsəməklə məşğuldur.
Qaynar.info