Xəbər lenti

Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı
Ölkə10:33 12.11.2020

Ağdam və Ağcabədinin minalardan təmizlənməsinə başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Ağcabədinin yaşayış məntəqələrində partlamamış hərbi sursatların zərərsizləşdirilməsinə başlayıb. 
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin  Ağdam rayonuun Çəmənli, Sarıcalı, Əfətli, Kolqışlaq, Zəngişalı, Şükürağalı, Rzalar Ergi qəsəbəsi və Ağcabədi rayonunun Arazbar, Qiyaməddinli kəndlərinə və Ağ Göl Milli Parkının ərazisinə ağır artilleriyadan atdığı partlamamış hərbi sursatlar bu gün zərərsizləşdiriləcək.  ANAMA-nın supervayzeri Xaliq Zülfüqarov bildirib ki, daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdiriləcək.