Xəbər lenti

Ağdam və Füzulidən müəmmalı xəbərlər
Ölkə16:32 05.08.2014

Ağdam və Füzulidən müəmmalı xəbərlər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən əraziləri azad etməsi barədə məlumatlar yayılıb.

Anspress-in məlumatına görə, yayılan məlumatlarda bildirilir ki, Milli Ordumuzun bölmələri Ağdamın Bayramlar kəndini, eləcə də Füzuli rayonunun bir hissəsində nəzarəti bərpa ediblər.

Məsələ ilə əlaqədar Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, cəbhədə baş verən hadisələrlə əlaqədar bütün məlumatlar Müdafiə Nazirliyinin rəsmi saytında qeyd olunur.

"Rəsmi saytımızdan kənar, digər kütləvi informasiya vasitələrində yayılan qeyri-rəsmi xəbərlərə şərh verilmir”, - deyə mətbuat xidmətindən bildirilir.

Qaynar.info