Xəbər lenti

Ağdamda 76 evə ziyan dəyib - 14-ü tamamilə dağıdılıb
Ölkə12:05 29.04.2016

Ağdamda 76 evə ziyan dəyib - 14-ü tamamilə dağıdılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son günlər ərzində ermənilərin atəşkəsi pozması nəticəsində Ağdamın kəndlərində 76 evə ziyan dəyib.

Bunu jurnalistlərə Ağdam rayon icra başçısının müavini Ağa Zeynalov deyib.

İcra başçısının müavini qeyd edib ki, həmin evlərin 14-ü tamamilə yararsız hala düşüb.

Qeyd edək ki, son günlər ərzində erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ermənilər əsasən, dinc əhalini hədəfə alıblar.

Qaynarinfo.az