Xəbər lenti

Ağdamda dəhşət - Ev yandı, 2 azyaşlı uşaq öldü
Ölkə16:30 16.07.2015

Ağdamda dəhşət - Ev yandı, 2 azyaşlı uşaq öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdamın Quzanlı qəsəbəsində Daş Evlər köçkün şəhərciyində yanğın hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Ağdam rayonu Saybalı kəndindən olan məcburi köçkün Kazımov Zamiq Çingiz oğluna məxsus ev yanıb.
Nəticədə onun iki azyaşlı qızı, 2012-ci il təvvəlüdlü Kazımova Əfsanə və 2013-cü il təvvəlüdlü Kazımova Rəqsanə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. 
Qaynar.info