Xəbər lenti

Ağdamda kişi arvadını və qaynanasını bıçaqladı
Ölkə13:43 21.11.2013

Ağdamda kişi arvadını və qaynanasını bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdamda “Dördyol-2” qəsəbəsində ər arvadını və qayınanasını bıçaqlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Tağıbəyli kəndindən didərgin düşüb sözügedən qəsəbədə məskunlaşan Şükür Həsən oğlu Kərimov ailə münaqişəsi zəminində 1978-ci ildə anadan olmuş həyat yoldaşı Bədəlova Esmira Rasim qızına və 1955-ci il təvəllüdlü qayınanası Bədəlova Gülarə Nəcəfqulu qızına bıçaqla müxtəlif xəsarətlər yetirib. Xəsarət alanlar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
 
Xəstəxananın həkim-cərrahı Kamil Həsənov APA-nın Qarabağ bürosuna bildirib ki, hər iki yaralının vəziyyəti kafidir, həyatlarına heç bir təhlükə yoxdur.

Qaynar.info