Xəbər lenti

Ağdamda yas mərasimlərində qadağalar qoyuldu
Ölkə15:04 30.11.2017

Ağdamda yas mərasimlərində qadağalar qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağdam rayonunda yas mərasimlərində israfçılıq hallarının qarşısının alınması üçün yeni standartlar tətbiq edilib.
Qaynarinfo xəbər verir ki, "Report"un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən yas mərasimlərinə dair müşavirə keçirilib.
Toplantı rayon icra başçısı və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Ağdam rayon Mədəniyyət evində baş tutub.
Müşavirədə yas mərasimlərinin üç gün keçirilməsi və yalnız çay süfrəsinin açılması məqsədəuyğun hesab edilib, digər qida məhsullarının verilməsinə isə qadağa qoyulub.