Xəbər lenti

Ağdamın icra başçısından vəziyyətlə bağlı AÇIQLAMA
Ölkə11:24 04.04.2016

Ağdamın icra başçısından vəziyyətlə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycanın cəbhəyanı kəndlərində xeyli evə ziyan dəyib". Bunu "Report"a açıqlamasında Ağdam rayon icra hakimiyyətinin başcısı Raqub Məmmədov bildirib. 
İcra başçısı  qeyd edib ki, ermənilərin yaşayış evlərinə açdığı atəş nəticəsində xeyli evə ziyan vurulub: "Ağdamın Çəmənli, Hacıməmmədli, Sarıcalı kəndlərində 10-a yaxın ev tamamilə dağıdılıb. Kənd sakinlərinin yüzlərlə mal-qarası atılan mərmilərin partlaması nəticəsində tələf olub. Hazırda bütün kəndlərə dəymiş ziyan hesablanır. Rayonun Sarıcalı kənd orta məktəbinin binasına mərmi düşüb. Lakin dərs olmadığından, xəsarət alan olmayıb".
Qaynar.info