Xəbər lenti

Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib
Ölkə15:22 05.11.2020

Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Ordusunun bölmələri tərəfindən cəbhənin Ağdərə istiqamətində həyata keçirilən xüsusi əməliyyat nəticəsində Ermənistanın silahlı qüvvələrinə məxsus hərbi kolon pusquya salınaraq məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Qaynarinfo-ya məlumat verilib.
Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd "KamAz” maşını və qoşqusunda top olan 3 ədəd "Ural” maşını tamamilə məhv edilib.