Xəbər lenti

Adı məzunu olduğu akademiyada da yaşayacaq...
Ölkə19:41 29.12.2024

Adı məzunu olduğu akademiyada da yaşayacaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Kropivnitskidəki Dövlət Uçuş Akademiyasının sinif otaqlarından birinə Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adı veriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Husyev Yuriy "X” hesabında məlumat verib.
"Bu mükafat onun fədakarlığını şərəfləndirir və gələcək aviasiya işçilərini ilhamlandırır. Onun mirası yaşayacaq” , - səfir bildirib.
Qeyd edək ki, Aleksandr Kalyaninov həmin akademiyanın məzunu olub.