Xəbər lenti

Adil Qeybullaya Tofiq Yaqublunu müayinə etməyə icazə verildi
Ölkə09:46 11.09.2020

Adil Qeybullaya Tofiq Yaqublunu müayinə etməyə icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Penitensiar Xidmət həkim Adil Qeybullanın  Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib.
Vəkilin sözlərinə görə, görüş bu gün saat 17:00-da olacaq. 
Qeyd edək ki, Tofiq Yaqublu 4 il 3 ay həbs cəzasına məhkum edilib. Qərar barədə apellyasiya şikayəti verilib.
Tofiq Yaqublu həbsinə etiraz əlaməti olaraq artıq 10-cu gündür aclıq aksiyası keçirir. Ailəsi onun durmunun yaxşı olmadığını bildirir.