Xəbər lenti

ADNA müəlliminin köməyə ehtiyacı var
Ölkə13:53 13.03.2014

ADNA müəlliminin köməyə ehtiyacı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəfərov Sənan Famil oğlu 4 ildir böyrək çatışmazlığından əziyyət çəkir. 

Onun böyrəklərinin biri 7-10%, digəri isə 60% fəaliyyətdədir. Həkimlərin sözlərinə görə, 48 yaşlı Sənan Cəfərova ən qısa zamanda böyrək köçürülməlidir.

Ona 3-cü qrup müsbət, B(III)RH+ qan qrupuna malik böyrək tələb olunur.

2010-cu ildən dializ xəstəsidir, hazırda o həftədə ən azı iki dəfə dializə gedir. Böyrək köçürülməsi ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib. M.Cavadzadə adına Respublika Uroloji xəstəxanasında qeydiyyatdadır.

Sənan Cəfərovun iki azyaşlı övladı var. Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatika, telemexanika və idarəetmə kafedrasında çalışır, texnika elmləri namizədidir. S.Cəfərova  yardım etmək istəyənlər 050 537-40-49 və 050 372 37 34 nömrələri ilə əlaqə saxlaya bilərlər.

Qaynar.info