Xəbər lenti

ADPU-da müəllimlər paltar alveri eləyir – FOTO
Ölkə18:48 20.05.2014

ADPU-da müəllimlər paltar alveri eləyir – FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dövlət Pedaqoji Universitetində Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasında müəllimlər pal-paltar alveri edir.

“Axar.az”a bu barədə məlumatı adının gizli saxlanılmasını istəyən tələbələrdən biri verib. O, məlumatla bərabər alver gedən kafedradan fotolar da göndərib.

Fotolardan da göründüyü kimi, stolların üstündə paketlər var, bir neçə müəllim də kafedraya pal-paltar almaq üçün toplaşıb.

ADPU-dan münasibət öyrənmək cəhdlərimiz alınmadı. Məsələni gündəmdə saxlamağa çalışacağıq.

Qaynar.info