
Azərbaycan Dövlət Pedoqoji Universitetində tələbələr növbəti dəfə etiraz aksiyası keçirirlər.
Bu barədə Qaynar.info saytına universitetdə oxuyan tələbələrdən biri verib.
Tələbənin sözlərinə görə, rektor bir neçə gün bundan qabaq verdiyi sözün üstdə durmur: "Bir neçə gün bundan qabaq biz universitetin həyətində etiraz edəndə rektoru Yusif Məmmədov bizim qarşımıza çıxaraq yaranmış problemi həll edəcəyilə bağlı söz verdi. Amma bu gün qrup nümayəndələri və dekan vasitəsiylə bizə çatdırıb ki, testlə imtahan olmayacaq. Və kim buna qarşı çıxsa o ağır cəzalanacaq".
Biz də buna etiraz edirik. Yəqin indilərdə böyük bir etiraz aksiyası edəcəyik.
Xatırladaq ki, oktyabrın 21-də mindən çox tələbə testlə imtahanın ləğv edilməsinə görə etiraz aksiyası etmişdilər.
Elkin Xəlilov
Qaynar.info