Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektindən Beynəlxalq Hava Limanı istiqamətinə (aeroport yolu) gedən yolda baş verib. Qəza zamanı “Range Rover” markalı minik avtomobili ilə VAZ-2107 toqquşub.
Hadisə zamanı “07” dəmir arakəsmələrə çırpılıb. Hər iki maşına ziyan dəysə də, xəsarət alan olmayıb.
Qəzadan sonra sözügedən yolda böyük tıxac yaranıb. Polis qəzanın səbəblərini araşdırır. (Qafqazinfo)
Qaynarinfo.az





