Xəbər lenti

Aeroport yolunda dəhşətli qəza: 8 maşın toqquşdu
Ölkə06:39 23.08.2016

Aeroport yolunda dəhşətli qəza: 8 maşın toqquşdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo.Az APA-ya istinadən bildirir ki, keçmiş "Komsomol" dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub.
Körpünün girişində "Mercedes" və "Mitsubishi" markalı avtomobillər, üstündə isə iki "Mercedes" markalı maşın toqquşub. Bundan başqa, körpünün üzərində üç "Mercedes" və bir "Volkswagen" markalı avtomobillər bir-birinə çırpılıb.
Ölən və ya xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
Yolda qısamüddətli tıxac yaranıb.
Hazırda ərazidə araşdırma aparılır.
Qaynarinfo.Az