Xəbər lenti

AFFA bu futbolçunu müsahibəsinə görə cəzalandırdı
Ölkə 15:24 25.11.2025

AFFA bu futbolçunu müsahibəsinə görə cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, toplantıda Misli Premyer Liqasının XII turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

"Kəpəz”lə oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax” 700 manat cərimə edilib. Eyni matçda meydançaya kənar şəxs daxil olduğuna görə Yevlax təmsilçisi 2500 manat cərimələnib. Meydançaya kənar əşyalar atıldığına görə "Karvan-Yevlax” daha 2000 manat ziyana düşüb. Azarkeşlər tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə görə "Karvan-Yevlax” klubu daha 5000 manat cərimə ödəyəcək.

Oyundan sonra "Karvan-Yevlax”ın 6 nömrəli futbolçusu Vadim Abdullayev mediaya futbolun bütövlüyünə təhlükə yaradan, futbol qurumlarının etibarlılığını şübhə altına alan açıqlama verdiyinə görə 1 oyunluq cəzalandırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->