Xəbər lenti

İdman 14:25 01.02.2024

AFFA cəzalı futbolçuya üç ay vaxt verdi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarına dair aşağıdakı qərarlar qəbul olunub.

"Sabah” – "Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

 "Araz-Naxçıvan” – "Qəbələ” oyununun 75-ci dəqiqəsində "Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, "Qəbələ” klubu 1500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 39.1, 32);

"Sumqayıt” – "Neftçi” oyununda "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->