Xəbər lenti

AFFA millimizin baş məşqçisini dəyişdirdi - VİDEO
İdman17:39 07.06.2016

AFFA millimizin baş məşqçisini dəyişdirdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.

Qaynarinfo.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. 2016/17 mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayının müəyyənləşdirilməsi barədə qərar İcraiyyə Komitəsinin 13 iyun tarixində keçiriləcək iclasında qəbul olunsun. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etsin.

2. Rafiq Mirzəyevin U-17 Azərbaycan yığmasının, Mirbağır İsayevin U-16 Azərbaycan yığmasının, Milton Luiz Ziller Juniorun futzal üzrə Azərbaycan milli komandasının, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatı təsdiq olunsun.

Qeyd edək ki, bu o deməkdir ki, U-17 Avropa çempionatında yığmamızı çalışdırmış Təbriz Həsənov bu postdan uzaqlaşdırılıb.

Qaynarinfo.az