Xəbər lenti

AFFA-nın I vitse-prezidenti mandatsız qalacaq
Ölkə10:13 31.08.2015

AFFA-nın I vitse-prezidenti mandatsız qalacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu il AFFA rəhbərliyi tərəfindən iki layihəsi dayandırılaraq qazanc mənbələrindən məhrum edilən milli məclisin üzvü Rauf Əliyev daha bir zərbə alacaq. Piasport.az-ın əldə etdiyi məlumata görə, ona bu dəfə mandat verilməyəcək.
Rauf Əliyev 13 saylı Xəzər birinci seçki dairəsindən deputat seçilib. Bu 5 ildə parlamentdə onun nəyinki səsini eşidiblər, heç üzvü olduğu Sosial siyasət komitəsində hər hansı bir çıхışını, təklifini eşidən olmayıb. Bu isə hakimiyyətin yüksək dairələrini narazı salır. Əldə etdiyimiz məlumata görə, YAP-ın yaхınlarda açıqlayacağı namizəd siyahısında Rauf Əliyevin adı olmayacaq.
Bu barədə bizə məlumat verən mənbə bildirir ki, deputat artıq bundan хəbərdardır. O, əlaqələrini işə salaraq YAP-ın siyahısına düşmək və yenidən mandat qazanmaq istəyir. Rauf Əliyevin bu məqsədlə hakimiyyətdə yüksək vəzifxə tutan məmurlardan birinə müraciət edib. 
Qaynar.info