Xəbər lenti

Ağ Ev:
Dünya 13:40 08.12.2023

Ağ Ev: "Rusiya Ukrayna şərtləri ilə danışıqlar aparmasa..."

ABŞ hakimiyyəti 2024-cü ilin sonuna qədər Rusiyanı Ukrayna şərtləri ilə bağlı danışıqlara cəlb etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin birinci müavini Conatan Fayner bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna şərtləri ilə danışıqlar aparmasa, Kiyev ABŞ və Avropadan daha çox dəstək alacaq.

"Biz istərdik ki, ukraynalılar gələn ilin sonunda Rusiyanın qərar verməli olduğu bir vəziyyətdə olsun: ya Kiyev üçün məqbul olan şərtlərlə və bütün Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tanıyan BMT Nizamnaməsinə əsaslanaraq danışıqlar masası arxasına oturmalı, ya da onlar ABŞ və Avropada daha güclü sənayeyə arxalanaraq daha güclü Ukrayna ilə üz-üzə olacaqlar", deyə Aspen Universitetində konfransda çıxış edən Conatan Fayner bildirib.

Ağ Ev nümayəndəsi qeyd edib ki, məhz bu, ABŞ hakimiyyətinin Rusiya rəhbərliyi qarşısında qoymaq istədiyi dilemmadır. Onun sözlərinə görə, buna nail olmaq üçün 2024-cü ildən sonra ABŞ hərbi-sənaye bazasının istehsal həcmini artıracaq. O əlavə edib ki, Birləşmiş Ştatlar artıq ukraynalılarla öz hərbi sənayesini artırmaq üçün işləyir, o cümlədən bu həftə Vaşinqtonda keçiriləcək konfransda. 

Bununla yanaşı, Conatan Fayner Ukrayna ordusunun Rusiya ərazilərinə endirdiyi zərbələri dəstəkləməyib və əmin edib ki, ABŞ hakimiyyəti bu cür hücumları koordinasiya etmir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->