Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb. Agentliyin verdiyi ekspertiza rəyinin tələblərinə əməl olunmadığı üçün Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyi vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimələnib.
Qaynarinfo ağacların kəsilməsinə görə cərimələnən Nəsimi Rayon Bələdiyyəsinin rəhbərliyini araşdırıb.
Bələdiyyənin sədri Zeynalov Əziz Fərrux oğludur. Əziz Zeynalov ləğv edilən Azərbaycan Respublikasının Material Ehtiyatları naziri vəzifəsində işləmiş Fərrux Zeynalovun oğludur.
Fərruz Zeynalov - Əziz Zeynalov
Əziz Zeynalov bələdiyyə sədri seçilməmişdən əvvəl Nəsimi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi olub. Onun Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovla yaxın dostluq münasibətləri var.
Asif Əsgərov - Əziz Zeynalov
Bələdiyyə sədrinin atası Fərrux Zeynalov 1992-1997-ci illərdə (nazirlik ləğv olunana qədər) Material Ehtiyatları naziri olub. 1999-2005-ci illərdə "Güvən" şirkətinin baş direktoru vəzifələrində çalşıb. O, 2005-ci il noyabrın 6-da 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilib. 2022-ci ilin 13 yanvar tarixində vəfat edib.
Hüquqi ünvanı Nərimanov rayonu, Azadlıq prospekti, ev 116-da yerləşən, nizamnamə kapitalı 200 AZN olan "Güvən" istehsalat və kommersiya şirkəti hazırda 3 övladından biri idarə edir.
Əhməd