Xəbər lenti

Ağalı məktəbinin direktoru:
Ölkə 09:35 09.09.2022

Ağalı məktəbinin direktoru: "Bu, innovativ yenilikləri özündə əks etdirən bir təhsil ocağıdır"

"Məktəbimizin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir".

Qaynarinfo xəbər verir ki, bunu Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova deyib.

O xatırladıb ki, Ağalı kənd sakinlərinin ilk qrupu bu ilin iyulun 19-da, ikinci qrupu isə sentyabrın 7-də doğma yurda qayıdıb:

"Bu hadisə, əlbəttə ki, Azərbaycan xalqı üçün qələbədən sonra yaşadığı ikinci böyük sevinc idi. Bu gün Ağalıda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Otuz il bundan əvvəl öz ata- baba yurdun­dan didərgin düşmüş kənd sakinləri yenidən bu torpağa qayıdır, öz doğma nəfəsləri ilə torpağa can verirlər. İllərlə yetim qalıb, boynu bükük şəkildə əsl sakinlərini gözləyən kənd öz qolla­rını əzizləri üçün açır. Burada həyat yenidən canlanır".

Direktorun sözlərinə görə, ilk pilot layihənin məhz Zəngilanda icra edilməsi, əlbəttə ki, ağalılar üçün böyük sevindirici haldır:

"İşğaldan azad olunmuş bölgələrimiz ən müasir texnologiyaların tətbiqi əsasında yenidən qurulur. Zəngilan rayonunun Ağalı kəndi də belə yaşa­yış məntəqələrimizdən biridir. Ağalıya "ağıllı kənd” layihəsi çərçivəsində yeni nəfəs verilir. "Ağıllı kənd” layihəsinin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnno­vativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağ­çasının tikintisi sürətlə başa çatdırılıb".

N.Həsənova deyib ki, kənddə yaradılan "ağıllı məktəb”də distant təhsilin aparılması üçün bütün imkanlar mövcuddur:

"Bu­rada müasir şəhərsalma standartları tətbiq olunub: Kənddə piyada və velosiped yolları çəkilib. Ağalıda kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı bir sıra işlər görülüb. "Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunur. Bundan əlavə, "Ağıllı kənd” layihəsi üçün əkin planı hazırlanıb. Planda nəzərdə tutulmuş torpaq sahələrinin əkinə yararlılığı qiymətləndirilib və əkin üçün hazırlığa başlanılıb. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər görülüb. "Ağıllı kənd”də xüsusi layihə çərçivəsində ictimai ferma qurulmuş­dur. Fermada 250 baş qaramal və 600 baş davarın saxlanması mümkündür. Burada "ağıllı idarəetmə sistemi” məlumat və təhlil mərkəzindən həyata keçirilir.

"Rəhbərlik etdiyim məktəb mü­asir təlim texnologiyalarının tətbiq olunduğu və innovativ yenilikləri özündə əks etdirən bir məktəbdir, təhsil ocağıdır. Əlbəttə ki, məktəbimizin birinci məqsədi ölkəmizə yararlı olan müasir düşüncəli, yüksək əxlaqa mənsub, savadlı və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir. Məlumdur ki ,təlim-tərbiyə işi böyük zəhmət və səbir tələb edən prosesdir. Bu yolda mənimlə çiyin-çiyinə işləyəcək bütün pedaqoji heyətə uğurlar arzu edirəm. Ümid edirəm ki, kollektivimiz qarşımıza qoy­duğumuz məqsədlərə nail olacağıq", - direktor vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->