
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Fransa, Almaniya, İtaliya, Ukrayna, Polşa, Gürcüstan, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrinin gənc fəallarının iştirakı ilə Bakı şəhərində 3-8 İyul, 2013-cü ildə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi həyata keçirmişdir.
Qeyd edək ki, AGAT tərəfindən məktəb son günündə Siyasi partiyalar və siyasi vəkillik mövzusu barədə panel təşkil olundu. Panelin qonaqları Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr departamentinin müdiri Nicat Məmmədli, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Sahib Cəfərova və beynəlxalq təlimçi Günel Səfərova oldular. Panel çərçivəsində ekspertlər Siyasi partiyaların dövlət idarəçiliynı yolu, seçki kmpaniyaları, Azərbaycanda siyasi partiyalar və ictimai vəkilliyin rolu barədə geniş məruzə etdilər. Daha sonra panel interaktiv müzakirələr davam etdi.
Qaynar.info










